Azedu.az

“Clarivate Analytics” şirkətinin nümayəndəsi Azərbaycan Universitetində olub

Xəbərlər

Universitetlər

Müəllimlər və elm adamları

19 Mart 2025, 14:50
“Clarivate Analytics” şirkətinin nümayəndəsi Azərbaycan Universitetində olub

“Clarivate Analytics” şirkətinin Azərbaycan üzrə nümayəndəsi İltifat İbrahimov Azərbaycan Universitetini ziyarət edib, universitetin Elmi işlər üzrə prorektoru Yusif Qasımovla görüşüb.

AzEdu.az-a universitetdən bildirilib ki, İltifat İbrahimov görüşdə təmsil etdiyi şirkət, onun Azərbaycanda həyata keçirdiyi layihələr və tədbirlər haqqında danışıb. Yusif Qasımov isə Azərbaycan Universitetinin “Clarivate Analytics” şirkətinin məhsulu olan Web of Science bazası üzrə elmmetrik göstəriciləri, bu göstəricilərin yüksəldilməsi üçün həyata keçirilən tədbirlər haqqında qonağa ətraflı məlumat verib.

Görüşdə həmçinin “Clarivate Analytics” şirkəti ilə Azərbaycan Universiteti arasında əməkdaşlıq imkanları da müzakirə edilib, birgə təlimlərin təşkil edilməsi haqqında razılığa gəlinib.

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox