Azedu.az

“Tarixdə bu gün” - “20 Yanvar” stansiyasında terror törədilib

Xəbərlər

19 Mart 2025, 09:00
“Tarixdə bu gün” - “20 Yanvar” stansiyasında terror törədilib

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

19 mart harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

 

19 mart 1994-cü ildə Bakı metropoliteninin “20 Yanvar” stansiyasında terror törədilib:

 

Terror nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb. İstintaq terror aktının Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlandığını sübut edib.

 

19 mart 1903-cü ildə Türkiyənin ilk idman klubu olan Beşiktaş JK quruldu.

 

19 mart 1915-ci ildə Günəş sistemindəki planet olan Plutonun ilk fotoşəkili çəkildi:

 

Lakin o zamanlar Plutonun yeni planet olduğu anlaşılmırdı.

 

19 mart  1932-ci ildə Əməkdar incəsənət xadimi, rəssam Sara Manafova anadan olub:

 

O, Füzulinin “Leyli və Məcnun” poemasına triptix, “Xocalı faciəsi”, “Haray” və s. tabloların müəllifidir. Əsərləri Moskvada Şərq Xalqları İncəsənəti Muzeyində saxlanılır.

 

19 oktyabr 1962-ci ildə Əməkdar rəssam, heykəltəraş Seyfəddin Əli oğlu Qurbanov doğulub:

 

O, Ukraynada yaşayıb, bu ölkənin Xalq rəssamı adına layiq görülüb. İmadəddin Nəsiminin Kiyevdə ucaldılan heykəlinin müəllifidir.

ŞOK - Ekrem İmamoğlu niyə həbs edildi?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox