Azedu.az

DİQQƏT! Bu ixtisaslarda keçid balları arta bilər -  SİYAHI 

Xəbərlər

İmtahanlar

Tələbə və şagird

18 Mart 2025, 12:34
DİQQƏT! Bu ixtisaslarda keçid balları arta bilər -  SİYAHI 

Müşahidələr göstərir ki, ildən-ilə bəzi ixtisaslara tələbat artır və bununla yanaşı, keçid ballarında yüksəlmələr müşahidə olunur.

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, bu il ali təhsil müəssisələrinə müraciət edənlərin sayı ötən illərlə müqayisədə daha çoxdur:

 

"128 mindən çox abituriyent həm ali təhsil müəssisələrinə, həm də 11 illik baza əsasında kolleclərə müraciət edib. Onlardan 124 mindən çoxu məhz ali təhsil istiqamətində sənəd verib. Bununla yanaşı, 2 və 9 mart tarixlərində keçirilmiş imtahanların nəticələri ötən illərlə müqayisədə daha yüksək olacaq. Bu qənaətə abituriyentlərin fikirləri və aparılan sorğuların nəticələri əsas verir. Abituriyentlər builki imtahan suallarını ötən illərə nisbətən daha əlçatan hesab edirlər".

 

Ekspert qeyd edib ki, bu nəticələr əsasən V ixtisas qrupu və 11 illik bazadan kolleclərin keçid ballarına təsir edəcək:

 

"Blok imtahanları da mühüm rol oynayır. I, II, III və IV ixtisas qrupları üzrə imtahan verən abituriyentlər blok imtahanında uğurlu nəticə göstərsələr, bu, keçid ballarının artmasına səbəb ola bilər. Xüsusilə prestijli ixtisaslarda bu artım daha çox hiss olunacaq".

 

Elçin Əfəndi konkret qruplar üzrə balların yüksələcəyi ixtisasları da açıqlayıb:

 

"Buraya tədrisi ingilis dilində aparılan ixtisaslar, eləcə də I ixtisas qrupu üzrə informasiya təhlükəsizliyi, informasiya texnologiyaları, kompüter mühəndisliyi, neft-qaz mühəndisliyi və yeni yaradılmış İT yönümlü ixtisaslar daxildir. 

II ixtisas qrupunda maliyyə, biznesin idarə olunması, beynəlxalq ticarət və logistika, iqtisadiyyat kimi ixtisaslarda bal artımı gözlənilir.

III ixtisas qrupu üzrə hüquqşünaslıq, dövlət və ictimai münasibətlər, həmçinin pedaqoji yönümlü ixtisaslarda keçid ballarının yüksəlməsi mümkündür.

IV ixtisas qrupunda tibb, stomatologiya, psixologiya, biotexnologiya və pedaqoji yönümlü ixtisaslarda balların artacağı proqnozlaşdırılır.

 

Xüsusilə tədrisi ingilis dilində aparılan ixtisaslarda bu il keçid ballarında yüksəlmə qeydə alına bilər.

 

Ekspert qeyd edib ki, bəzi ixtisaslarda bal enməsi də mümkündür:

 

"Bu, əsasən plan yerlərinin artımı hesabına 150 ballıq ixtisaslarda və əmək bazarında daha az tələbat olan ixtisaslarda müşahidə ediləcək. Subbakalavrlara isə bu il daha çətin ola bilər, çünki abituriyentlərin sayı çox olduğundan yerləşdirmə zamanı üstünlük onlara veriləcək".

Erməni hərbçi əsgərlərimizə qarşı, görün, nə edir
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox