Azedu.az

İntellektual oyun üzrə Universitetlərarası Azərbaycan Çempionatının qalibləri elan olunub

Xəbərlər

14 Mart 2025, 13:36
İntellektual oyun üzrə Universitetlərarası Azərbaycan Çempionatının qalibləri elan olunub

Martın 13-də Bakı Konqres Mərkəzində keçirilən “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Universitetlərarası Azərbaycan Çempionatının finalı başa çatıb və qaliblər müəyyənləşib.

AzEdu.az-ın əldə etdiyi məlumata əsasən, bu il çempionata ölkənin 6 regionu və paytaxtdan 25 ali təhsil müəssisəsini təmsil edən 32 komanda qatılıb. 3000-dən çox tələbənin iştirak etdiyi ilkin seçim mərhələsindən sonra ən güclü komandalar finalda mübarizə aparıb.

Finalda iştirakçılara 48 sual təqdim olunub. Bakı Ali Neft Məktəbinin “Stonks” komandası və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Vendetta” komandası 31 suala düzgün cavab verib. Əlavə göstəricilərə əsasən “Stonks” komandası çempionatın qalibi elan edilib. Üçüncü yeri isə 30 suala doğru cavab verən Azərbaycan Tibb Universitetinin “Old school” komandası qazanıb.

Qalibləri Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev mükafatlandırıb.

Qeyd edək ki, çempionat Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Gənclər Fondu, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və “3 sual” intellektual oyunlar platformasının birgə təşkilatçılığı ilə həyata keçirilib.

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox