AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
13 fevral harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.
13 fevral Beynəlxalq Radio Günüdür:
Bu gün UNESCO-nun 2011-ci ilin noyabr ayında keçirilən baş konfransı zamanı qəbul edilən qərar əsasında təsis edilib. BMT radiosu ilk dəfə 1946-cı il fevralın 13-də BMT-nin mənzil-qərargahında efirə çıxıb.
13 fevral Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Əməkdaşlarının Peşə Bayramı Günüdür:
Bu gün Prezident İlham Əliyevin 2012-ci il 13 fevral tarixli Fərmanı ilə yaradılan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) 10-cu ildönümünü təntənə ilə qeyd edir.
13 fevral 2009-cu ildə Azərbaycan şairi Bəxtiyar Vahabzadə vəfat edib:
O, Azərbayxan Dillər Universitinin (ADU) Filologiya fakültəsində təhsil alıb. Universitetin aspiranturasında saxlanmış, "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şeirini çap etdirdikdən sonra başlayıb. O zamandan dövri-qədim mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur. "Mənim dostlarım" adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapmışdır. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir.
2009-cu il fevral ayının 13-də, 83 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib.
13 fevral 1895-ci ildə kinematoqrafiyanın banisi olan fransalı Ogüst Lümyer qardaşı Lui Lümyer ilə birlikdə hərəkətli təsvir əldə etmək üçün “Kinematoqraf” və ya “Sinmatoqraf” adlı aparatı kəşf ediblər:
Bununla da dünya kinematoqrafiyasının əsası qoyulub. İlk pullu kinoseansın açılışı həmin ilin dekabrında Parisdə məhz Lümyer qardaşları tərəfindən həyata keçirilib.