Azedu.az

Hər il bu qədər müəllim işdən çıxır-Gözlənilməz səbəblər

15 Yanvar 2020, 14:19
Hər il bu qədər müəllim işdən çıxır-Gözlənilməz səbəblər

Amerika Birləşmiş Ştatlarında  hər il 1 milyon müəllimin 250 mindən çoxu öz işindən  uzaqlaşırlar.

AzEdu.az xəbər verir ki, hesablamalara görə, yeni müəllimlərin 40%-i ilk beş ildə öz işlərini tərk edirlər. Bu vəziyyəti xüsusilə yoxsulluq həddi yüksək olan məktəblərdə  müşahidə olunur. Bu cür təhsil ocaqlarında müəllimlərin  işdənçıxma faizi hər il təqribən 20% təşkil edir.

Müəllimlərin əsas tükənmə səbəblərindən biri onların iş şəraitidir.

Məktəblərin müəllimlərlə təmin olunması problemi məktəblərin özünün təşkilolunma prosesindən və tədris  peşəsinə münasibətdən qaynaqlanır. Habelə müəllimlərdən ibarət işçi qüvvəsinin keyfiyyət və kəmiyyət baxımından davamlı inkişafı  tədris işinin keyfiyyətinin yaxşılaşdırılmasını tələb edir.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox