Türkiyədə müqavilə ilə işləyən müəllimlərin icbari xidmət ili 6 ildən 3 ilə endirilə bilər.
AzEdu.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu haqda ölkənin Milli Təhsil Naziri Ziya Səlcuq növbəti tədris ili üçün nəzərdə tutulan yeni layihələr barədə danışarkən bildirib.
Nazir, “Peşə təhsili haqqında” qanun layihəsinin, artıq Xəzinə və Maliyyə Nazirliyinə göndərildiyini açıqlayıb. O, qeyd edib ki, kadr çatışmazlığı baxımından ən problemli bölgə Mərmərədir. Digər bölgə məktəblərinin müəllimlə təminatı 90 faizdən çoxdur.
Nazir peşə təhsilindəki boşluqlardan da söz açıb:
“Peşə təhsili ölkəmiz üçün çox vacibdir. Növbəti illər ərzində hər kəsin ali təhsilli, bakalavr məzunu olub, məşğulluq problemi ilə üzləşməmələri üçün tədbirlər planı hazırlamaq lazımdır. Əks təqdirdə, bu, 5-6 il sonra ölkə miqyasında ciddi böhrana səbəb ola bilər”.