Azedu.az

“Şagirdlər müəllimlərə baxıb açıq-saçıq geyinə bilər” - Vahid formaya KEÇİLSİN

Məktəblər

Müəllimlər və elm adamları

10 Mart 2025, 11:06
“Şagirdlər müəllimlərə baxıb açıq-saçıq geyinə bilər” - Vahid formaya KEÇİLSİN

Cəmiyyətdə belə bir tendensiya müşahidə olunur ki, müəllimlər bu gün geyimləri ilə şagirdlərinə nümunə ola bilmirlər. Bəzi valideynlər isə hesab edir ki, hər bir fərdin istədiyi kimi geyinmək haqqı var. Digər tərəfdən, əgər valideynlər övladlarına düzgün tərbiyə versələr, şagirdin kimisə nümunə götürməsinə ehtiyac qalmaz deyə düşünülür.

 

Bu məsələyə münasibət bildirən sabiq deputat, "Əməkdar müəllim" Sona Əliyeva AzEdu.az-a açıqlamasında qeyd edib ki, aidiyyəti qurumlar bu mövzuya ciddi yanaşmalıdır:

 

“Müəllimin nümunəvi geyinməsi olduqca vacibdir. Fikrimcə, şagirdlər kimi müəllimlərin də xüsusi, vahid geyim forması olmalıdır. Xarici ölkələrin təcrübəsindən nümunələri ölkəmizin ümumtəhsil məktəblərində tətbiq etməliyik. Bir sıra xarici özəl təhsil müəssisələrində bu cür nümunələr mövcuddur".

 

Ekspert bəzi müəllimlərin açıq-saçıq geyindiyini və bunun yolverilməz olduğunu vurğulayıb:

 

“Bu, şagirdlərin əxlaqına və tərbiyə prosesinə ciddi əngəl yaradan nüansdır. Hər bir fərd geyim seçimində sərbəstdir. Ancaq təhsil, təlim-tərbiyə ocaqları istisna təşkil etməlidir. Yuxarı sinif şagirdləri də müəllimlərə baxıb açıq-saçıq geyinə, dərsə gələ bilərlər. Düşünürəm ki, ölkənin Təhsil Şurası və digər aidiyyəti qurumlar bu məsələ üzərində ciddi düşünməlidir. Ciddi ölçü götürülməlidir".

 

Sona Əliyeva həmçinin müəllim adının əvvəlki nüfuzunun bərpasının vacibliyini qeyd edib:

 

“İlk olaraq, müəllim adının əvvəlki əzəməti özünə qaytarılmalıdır. Sovet təhsil sistemində müəllimlərin geyimləri bütün cəmiyyət üçün nümunə göstərilirdi. Eləcə də şagirdlərin geyimləri öz sadəliyi ilə seçilirdi. İndi müasir dövrdə yaşayırıq, amma təhsil ocaqlarında geyim disiplinində mühafizəkarlığımızı bərpa etməliyik".

 

Həmsöhbətimizin fikrincə, müəllimlərin geyim standartlarının müəyyən edilməsi məktəblərdə nizam-intizamın və təhsil mühitinin daha sağlam formalaşmasına kömək edə bilər.

TƏCİLİ! Ukraynada ağır döyüşlər gedir
Son xəbərlərDaha çox