Azedu.az

Sinfin tavanı çökdü, müəllim və şagirdlər təxliyə olundular

Orta təhsil

Qazax-Tovuz

17 Fevral 2025, 15:11
Sinfin tavanı çökdü, müəllim və şagirdlər təxliyə olundular

Fevralın 17-də Qazax şəhər Səməd Vurğun adına iki nömrəli tam orta ümumtəhsil məktəbinin birinci sinfində otağın tavanı çöküb.

AzEdu.az xəbər verir ki, bu barədə "Azərbaycan müəllimi"nə Qazax-Tovuz Regional Təhsil İdarəsindən açıqlama verilib.

Bildirilib ki, şagirdlər və müəllim təxliyə planına uyğun olaraq təhlükəsiz yerə köçürülüblər. Hadisə zamanı xəsarət alan olmayıb.

Hadisə ilə bağlı Qazax rayonu üzrə təhsil sektorunun təsərrüfat qrupunun əməkdaşları hadisə yerinə cəlb edilib. Tavanın hansı səbəbdən çökdüyü araşdırılır.

Təhsil müəssisəsində təlim-tədris prosesi davam edir.

Ermənistanda şok hazırlıq - Bu halda Azərbaycanla müharibə başlayır
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox