Azedu.az

Şəmkirdə təmirə bağlanan məktəbin açılışı olub

Məktəblər

Qazax-Tovuz Regional Təhsil İdarəsi

11 Fevral 2025, 09:09
Şəmkirdə təmirə bağlanan məktəbin açılışı olub

Şəmkir rayon  Ə.Cəmil adına Zəyəm qəsəbə tam orta ümumtəhsil məktəbi açılışı olub.

Bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsindən AzEdu.az-a xəbər verilib.

Bildirilib ki, məktəb 1176 şagird yerlikdir. Kabinetlər də daxil olmaqla 59 otaq, kimya, biologiya, fizika, hərbi hazırlıq, texnologiya otaqları, qarderob otağı, yeməkxana və idman zalından ibarətdir.

Hazırda 18 sinif komlektində 372 şagird var. Onlardan 32 nəfəri 2 məktəbəhazırlıq qrupunda təhsil alır. Məktəbdə 38 pedaqoji işçi, 1sosial pedaqoq, 15 texniki işçi və 2 mövsümi işçi var. 

Qeyd edək ki, ümumi təhsil müəssisəsi 1978 ci ildən fəaliyyətə  başlayıb.
2022 -ci il yanvar ayından əsaslı təmirə dayandırılıb.
 

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox