Azedu.az

Rusiyada orta məktəbdə insident olub, xəsarət alanlar var

Orta təhsil

Maraqlı

16 Sentyabr 2024, 10:40
Rusiyada orta məktəbdə insident olub, xəsarət alanlar var

Rusiyanın Çelyabinsk şəhərində orta məktəbdə uşaq çəkiclə sinif yoldaşlarına və müəllimlərinə hücum edib.

 AzEdu.az  xəbər verir ki, bu barədə Çelyabinsk vilayəti qubernatoru Aleksey Teksler bildirib.

Onun sözlərinə görə, şagirdlər və müəllimlər arasında yaralananlar var. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanları, şəhər meri və Uşaq Hüquqları üzrə Ombudsman hadisə yerindədir.

Faktla bağlı araşdırma aparılır.

Bu vaxta kimi erməni dövləti olmayıb - Paşinyandan şok etiraf
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox