Azedu.az

“Qərbi Azərbaycana qayıdış” olimpiadası başlayır  

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

Elm və Təhsil Nazirliyi

6 Aprel 2024, 12:42
“Qərbi Azərbaycana qayıdış” olimpiadası başlayır  

Aprelin 27-də “Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilkin mərhələsi təşkil olunacaq. 

Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. 

 

Olimpiadada iştirak etmək istəyən məktəblilər aprelin 20-dək //anket.edu.az/link/267 keçidi vasitəsilə qeydiyyatdan keçməli və ya təhsil aldıqları müəssisəyə müraciət etməlidirlər. 

 

Olimpiadanın təşkilində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdir. 

 

Ölkənin ümumi təhsil müəssisələrinin IX və X sinif şagirdlərinin iştirak edəcəyi olimpiada 3 mərhələli olacaq. Olimpiadanın yarımfinal turu may ayında zonalar üzrə, final mərhələsi isə iyun ayında Naxçıvan Muxtar Respublikasında keçiriləcək.

 

Bundan əlavə, şagirdlərin bilik və bacarıqlarının artırılması, eləcə də olimpiadaya hazırlıqla bağlı tövsiyə edilən materiallar barədə məlumatlar ümumi təhsil müəssisələrinə göndəriləcək.

 

Qeyd edək ki, olimpiada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə tərəfdaşlığı ilə həyata keçirilir.

 

 
Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox