"Növbəti ildən Xankəndi Universitetində təhsil bərpa olunacaq".
AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
Nazir qeyd edib ki, Xankəndi şəhərində bərpa olunacaq Qarabağ Universitetində 2024-cü ilin sentyabr ayının 15-dən etibarən 800-1000 nəfər tələbənin təhsil alması planlaşdırılır.