Abituriyentlərin ən çox müraciət etdiyi məsələlərdən biri də qəbul proqramları ilə əlaqəlidir.
AzEdu.az mövzu ilə bağlı rəsmi qurumdan maraqlanıb.
DİM-dən verilən məlumata görə buraxılış və qəbul imtahanlarının ikinci mərhələsi üzrə proqramları "Abituriyent” jurnalının birinci nömrəsində dərc olunacaq. Jurnal yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.
Qeyd edək ki, qəbul imtahanlarının proqramları elmi-metodik seminarlarda müzakirə olunaraq qəbul edilir.