2024-cü il 2 sentyabr tarixində dövlət orqanında inzibati vəzifələrin 3-7-ci təsnifatına uyğun olan 35 vəzifənin tutulması məqsədilə daxili müsahibə elanı verilib.
Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Mərkəzdən bildirilib ki, Daxili müsahibə elan edilən vəzifələrin 1-i inzibati vəzifələrin üçüncü təsnifatına, 4-ü dördüncü təsnifatına, 8-i beşinci təsnifatına, 10-u altıncı təsnifatına və 12-si yeddinci təsnifatına aiddir. Qeyd edək ki, daxili müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (7 vəzifə) tərəfindən təqdim olunub. Daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə inzibati vəzifələrin 3-cü təsnifatına uyğun olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Aparatı rəhbərinin müavini - Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsidir.
Eyni zamanda, daxili müsahibə elan edilən vəzifələrdən 3-ü Naxçıvan Muxtar Respublikasının 2 dövlət orqanı, 16-sı isə 10 yerli icra hakimiyyəti orqanı tərəfindən təqdim edilib.
Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdir:
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 2024-cü il 2 sentyabr tarixindən 2024-cü il 16 sentyabr saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.