İmtahanda iştirak etmək üçün son qeydiyyat tarixi 6 aprel 2025-ci ildir. İmtahan mayın 24-də keçiriləcək.
DİM-dən AzEdu.az-a bildirilib ki, Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olan Dövlət İmtahan Mərkəzi ingilis dili müəllimləri üçün bilik və bacarıqları beynəlxalq səviyyədə təsdiq edən TKT (Teaching Knowledge Test) kvalifikasiyasının aşağıdakı modulları üzrə imtahan təşkil edir:
Qeyd edək ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq Kembric İngilis dili üzrə Qiymətləndirmə (Cambridge English Qualifications), Kembric İngilis dili üzrə Tədris (Cambridge English Teaching) imtahanlarını təklif edir. Dövlət İmtahan Mərkəzi tələb əsasında Kembric İngilis dili üzrə Səviyyə Testi (Cambridge English Placement Test - CEPT) də təşkil edir.
İmtahana qeydiyyat linki:
//eservices.dim.gov.az/iexams/az/login.aspx
Əlavə məlumat əldə etmək üçün suallarınızı [email protected] elektron poçtuna ünvanlaya bilərsiniz.