Azedu.az

Erkən yaşda məktəbəqədər təhsil: Faydalıdır, yoxsa zərərli?

Bağçalar

18 Mart 2025, 11:07
Erkən yaşda məktəbəqədər təhsil: Faydalıdır, yoxsa zərərli?

"Uşaqların çox kiçik yaşlardan bağçaya qoyulması onların psixoloji və emosional inkişafına müxtəlif təsirlər göstərə bilər".

 

Bu sözləri AzEdu.az-a açıqlamasında psixoloq Aydan Məmmədova söyləyib.

156923

Onun fikrincə, hər bir uşaq fərqli inkişaf etdiyi üçün onların bağçaya uyğunlaşma qabiliyyəti də fərqli ola bilər:

 

"Bir tərəfdən, erkən yaşlarda sosial mühitə daxil olmaq, uşağın sosial bacarıqlarını inkişaf etdirməsinə və başqaları ilə ünsiyyət qurmağı öyrənməsinə kömək edir. Uşaqlar başqalarından fərqli davranışları müşahidə edərək öz emosiyalarını idarə etməyi və qaydalara riayət etməyi öyrənirlər. Bu, onların gələcək sosial münasibətlərinə müsbət təsir göstərə bilər".

 

Müsahibimiz qeyd edib ki, uşağın erkən yaşda bağçaya getməsi, xüsusilə valideynlərinə bağlılıq dövründə olduğu zaman, bəzi psixoloji çətinliklərə səbəb ola bilər:

 

"Uşaqlar bu mərhələdə anadan ayrılmaqda çətinlik çəkə bilərlər və bu, onlarda narahatlıq, anksiyete və ayrılıq qorxusu yarada bilər. Həmçinin, bağçada uşağın ehtiyacları bəzən kifayət qədər diqqətlə qarşılanmaya bilər ki, bu da onun emosional sıxıntı yaşamasına səbəb ola bilər. Psixoloji cəhətdən ən vacib məqamlardan biri, uşağın bağçaya başladığı zaman onun yaş və inkişaf səviyyəsinin nəzərə alınmasıdır. Hər bir uşaq fərqli inkişaf etdiyindən, bu, onların bağçaya uyğunlaşma qabiliyyətinə təsir edə bilər. Uşağın emosional ehtiyaclarına uyğun, tədricən və qayğıkeş şəkildə bağçaya başlaması, psixoloji baxımdan daha sağlam bir keçid təmin edə bilər".

Erməni hərbçi əsgərlərimizə qarşı, görün, nə edir
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox