Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-03 15:08:00
LDU  ilə Amasiya Universiteti arasında Memorandum imzalandı  

Lənkəran Dövlət Universiteti (LDU) ilə Türkiyə Cümhuriyyətinin daha bir universiteti  arasında akademik əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb.

LDU-nun mətbuat xidmətinin rəhbəri Esmira İsmayılovanın AzEdu.az-a verdiyi məluimata görə Amasya Universiteti ilə imzalanmış  Anlaşma Memorandumu təhsil və tədqiqat sahəsində hər iki universitet arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədini daşıyır və tədris, tədqiqat, tələbə, müəllim , təlim proqramları mübadiləsi,birgə elmi seminarların və tədbirlərin   keçirilməsinə  xidmət edir.

5 il müddətinə imzalanan memorandumu Lənkəran Dövlət Universiteti tərəfindən rektor vəzifəsini icra edən professor Natiq İbrahimov, Amasiya Universiteti tərəfindən rektor, professor Mətin Orbay imzalayıb.

Xatırladaq ki, Lənkəran Dövlət Universiteti Türkiyə Cümhuriyyətinin 20-dən çox universitet ilə əməkdaşlıq edir.