Yer kürəsində dekabrın ilk maqnit qasırğasının ayın 3-də baş verəcəyi proqnozlaşdırılır.
AzEdu.az-ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Günəş-Yer Fizikası İnstitutundan məlumat verilib.
"Buna səbəb Yerə təsir edən eyni anda bir neçə amilin birləşməsindən qaynaqlanır: hazırda Günəş diskinin mərkəzi hissəsində müşahidə olunan növbəti koronal dəlik və dekabrın 1-də baş vermiş "X" səviyyəli partlayışdan sonra plazmanın atılması", - deyə məlumatda bildirilib.
"Proqnozlara görə, maqnit sahəsi dalğalanmaları orta "G2" səviyyəsindən çox olmamalıdır, baxmayaraq ki, onlar kifayət qədər uzun müddət davam edə bilər", - deyə alimlər vurğulayıblar.
Qeyd olunur ki, geomaqnit vəziyyətinin tam sabitləşməsi, ehtimal, yalnız həftəsonu baş verəcək, çünki Günəşdəki koronal dəlik əhəmiyyətli dərəcədə genişdir.