"“Məktəblilərarası Milli Hakaton – 2025” çərçivəsində iştirakçıların nəticələri ilə bağlı etirazlarını bildirə bilməsi üçün ümumi hüquqi və prosedur çərçivə nəzərdə tutulmuşdur. İştirakçı nəticəsi ilə razılaşmadığı halda rəsmi müraciət edə bilər və müraciət daxil olduqdan sonra həmin şagirdə aid nəticələr, elektron qeydlər və digər faktiki məlumatlar yenidən təhlil olunur".
AzEdu.az xəbər verir ki, bu fikirləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Keyfiyyət təminatı və nəzarət şöbəsinin müdiri Nilüfər Rəhimova söyləyib.
Onun sözlərinə görə, zərurət yarandığı halda əlavə yoxlama aparılır və müraciət əsaslı olduğu təqdirdə müvafiq düzəliş edilir: "Bu yanaşma həm şəffaflığı, həm də iştirakçıların hüquqlarının qorunmasını təmin edir", – deyə o bildirib. (mənbə: "Azərbaycan müəllimi")