Valideynlik üslubu uşağın emosional tənzimləməsinə, özünəinamına, sosial bacarıqlarına və ümumi psixoloji inkişafına birbaşa təsir edən əsas amillərdən biridir. Müxtəlif valideynlik modelləri uşağın davranışının formalaşmasına və xarakterinə fərqli şəkildə təsir göstərir.
Bu baxımdan, uşağın sağlam psixoloji inkişafı üçün hansı valideynlik üslubu daha balanslı sayılır və valideynlərin fərqinə varmadan uşağın psixikasına mənfi təsir göstərə biləcək davranış nümunələri hansılardır?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən psixoloq Aydan Məmmədova bildirib ki, aşırı qoruyucu valideynlik uşaqda qorxu, utancaqlıq, sosial adaptasiya çətinliyi, ünsiyyət və özünü ifadə etməkdə problem yarada bilər:
"Ailələrin üç əsas modeli var: demokratik, avtoritar və liberal. Avtoritar valideyn daima övladın hər bir qərarında iştirak edir, seçimlərinə icazə vermir və bütün məsuliyyəti öz üzərinə götürür. Uşağı qorumaq məqsədilə bunu etsə də, bu, yanlış üslubdur. Liberal valideyn isə tam əksinədir. Uşağa diqqət göstərməz və onu özbaşına buraxar, bu da uşağın həddindən artıq sərbəst olmasına səbəb olur. Bəzən böyük uşaq bacı-qardaşlarına qarşı məsuliyyət götürərək həm valideyn, həm də qardaş-bacı rolunu üzərinə qəbul edir ki, bu da əlavə yük yaradır.
Demokratik valideynlikdə isə balans qorunur: nə çox diqqətdən kənarda qalır, nə də bütün diqqət övlada yönəlir. Bu üslubda valideyn uşağa müstəqillik verir, amma nəzarəti də itirmir. Uşaq öz səhvlərini və uğurlarını yaşayır, sərhədləri və qaydaları öyrənir, şəxsi fikirlərinə hörmət göstərilir və duyğularına empatiya ilə yanaşılır.
Demokratik üslub uşaqda özünəinam, qərar vermə bacarığı, sosial adaptasiya və özünü kəşf etmə qabiliyyəti yaradır. Cəza və mükafatlar balanslı şəkildə tətbiq olunur. Avtoritar üslub isə uşaqda aqressiya, qorxu, sosial adaptasiya çətinliyi və özünə inamsızlıq yarada bilər. Liberal üslubda isə uşaqlar sevgi və diqqət baxımından əskik qalaraq depressiv hisslər keçirə və aşağı özgüvən inkişaf etdirə bilərlər.
Aşırı qoruyucu valideynlik uşaqda qorxu, utancaqlıq, sosial adaptasiya çətinliyi, ünsiyyət və özünü ifadə etməkdə problem yarada bilər. Avtoritar üslubda bu qoruyuculuq uşağın qərar verməsinə mane olur və özünəinamını zəiflədir. Belə uşaqlar hədəflərinə bağlı qərarlar verməkdə, hətta risk almaqda belə çətinlik çəkirlər".
Valideynlər sevgi balansını düzgün bölüşdürə bilmirlər:
"Buna görə də aşırı qoruyucu olmaq lazım deyil, qoruyucu olmaq vacibdir, amma balansı qorumaq daha önəmlidir. Liberal valideynlikdə isə həddindən artıq sərbəstlik və məntiqə söykənən yanaşma uşağın sevgi hisslərini tam dərk etməsinə mane olur. Nəticədə uşaqlar daha çox depressiv hisslər keçirə və özgüvənləri aşağı səviyyədə inkişaf edə bilər.
Uşağın sağlam böyüməsi və şəxsiyyət kimi formalaşması üçün onun emosiyaları valideynlər tərəfindən qəbul nəzərə almaq və düzgün ünsiyyət qurmaq çox önəmlidir. Valideynlər bəzən bu nüansları başa düşsələr də, edilməli, sərhədlər qorunmalı və azadlıq balanslı şəkildə təmin edilməlidir. Empatiya ilə yanaşmaq, fikirlərini balansı qoruyub saxlamaqda çətinlik çəkirlər. Bəzən çox sevgi verirlər, bəzən isə tamamilə sevgidən məhrum edirlər və ya sevgini balanslı şəkildə bölüşdürə bilmirlər. Bunu düz etmək üçün valideynlər öz valideynlik üslublarının fərqində olmalıdırlar".