Azedu.az

Maliyyə nazirinin müavinləri harada təhsil alıblar?

Xəbərlər

2 Dekabr 2025, 17:34
Maliyyə nazirinin müavinləri harada təhsil alıblar?

Maliyyə Nazirliyi ölkənin sosial siyasətinin icrasında aparıcı qurumlardan biridir və bu qurumda qəbul edilən qərarların effektivliyi birbaşa rəhbər heyətin peşəkarlığından asılıdır.

Nazir müavinlərinin təhsil yolu, ixtisaslaşma sahələri və akademik hazırlığı onların sosial sahədə həyata keçirdikləri islahatların mahiyyətini düzgün dəyərləndirməyə imkan verir.

AzEdu.az Təhsil Portalı nazir müavinlərinin təhsil həyatını araşdırır, onların professional hazırlığı barədə ümumi mənzərəni ictimaiyyətə təqdim edir.

Bu yazıda maliyyə naziri Sahil Babayevin müavinləri - Anar Kərimov, Azər Bayramov və Himalay Məmişovun təhsil yolu və akademik fəaliyyətləri barədə məlumat hazırlanıb.

 

173569

Kərimov Anar Mehman oğlu 1979-cu ildə Bakı şəhərində anadan olub.

1999 və 2002-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq üzrə bakalavr və magistr pillələrini fərqlənmə ilə bitirib. 2001-ci ildə Amerikan Universitetində (Vaşinqton, ABŞ) Beynəlxalq iqtisadi hüquq üzrə magistr dərəcəsi alıb.

2001-ci ildə ABŞ-Azərbaycan Ticarət Palatasında (ABŞ) hüquqşünas, 2002–2005-ci illərdə Xarici  İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq və inkişaf idarəsində attaşe və üçüncü katib, 2005-2006-cı illərdə Azərbaycan Respublikasının İsveçrədəki səfirliyində üçüncü katib, 2007-2010-cu illərdə İslam İnkişaf Bankında (S.Ərəbistanı) Türkiyə və Mərkəzi Asiya üzrə baş hüquqşünas, 2010-2011-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin Xarici investisiyalar və İqtisadi əlaqələr üzrə şöbələrində şöbə müdirinin müavini və şöbə müdiri, 2011-2018-ci illərdə beynəlxalq layihələrdə ekspert və özəl sektorda rəhbər vəzifələrdə işləyib.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, Azərbaycan-Britaniya Hüquqşünaslar Assosiasiyasının həmtəsisçisi və Azərbaycan - İtaliya Ticarət Palatasının vitse-prezidenti olub.

Hüquq elmləri namizədi olan A.Kərimov Bakı Dövlət Universitetində Hüquq fakültəsinin ingilis dilli magistratura proqramında müəllim kimi fəaliyyət göstərib.

2019-2025-ci illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2025-ci il tarixli Sərəncamı ilə maliyyə nazirinin birinci müavini təyin olunub.

173570

Azər Əziz oğlu Bayramov 970-ci il fevralın 1-də Bakı şəhərində anadan olub.

1990-cı ildə N.Voznesenski adına Leninqrad Maliyyə - İqtisad İnstitutunun Bakı filialını bitirərək iqtisadçı ixtisası üzrə ali təhsil almışdır. 2000-ci ildə isə M.Rəsulzadə adına Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir.

173571

Məmişov Himalay Qabil oğlu 1985-ci ildə anadan olub.

2006-cı ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin bakalavr, 2009-cu ildə fərqlənmə ilə həmin fakültənin magistr və 2017-ci ildə Hüquq fakültəsinin doktorantura pilləsini bitirib.

2007-2008-ci illərdə magistr təhsili aldığı Bakı Dövlət Universitetindən akademik məzuniyyət götürərək, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçib.

2008-ci ildə əmək fəaliyyətinə Avropa İttifaqının Azərbaycan Respublikasına Texniki Yardımı üzrə Koordinasiya Bürosunda başlayıb, fəaliyyətini İqtisadi İnkişaf Nazirliyində (hazırda İqtisadiyyat Nazirliyi) müxtəlif vəzifələrdə davam etdirib, Layihə İdarəetmə Qrupunun üzvü olub.

2011-ci ildə Gürcüstanda CABİR Regional Təlim Proqramını, 2013-cü ildə ABŞ-ın Georgiya Universitetində UGA təlim kursunu bitirib.

2011-2018-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Beynəlxalq əlaqələr şöbəsində işləyib.

2012-2013-cü illərdə həmçinin Bakı Dövlət Universitetinin Hüquq fakültəsində pedaqoji fəaliyyətlə məşğul olub.

Çoxsaylı elmi məqalə və monoqrafiyaların müəllifidir.

2018-ci ilin avqust ayında Nazirlər Kabineti Aparatının Beynəlxalq əlaqələr şöbəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatında Sosial təminat siyasəti şöbəsinin müdiri vəzifəsinə keçirilib.

2019-cu ilin yanvar ayında əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri təyin olunub.

2019-2025-ci illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2025-ci il tarixli Sərəncamı ilə maliyyə nazirinin müavini təyin olunub.

9 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikası Xarici İşlər Nazirinin Sərəncamı ilə Himalay Məmişov “Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif edilib.

23 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Türkiyədən Rusiyaya ağır zərbə: Nə baş verir?
Son xəbərlərDaha çox