Ölkə üzrə fəaliyyət göstərən metodistlər üçün “Müəllim İnkişaf Portalı”nın izahı, statistik nəticələri, mövcud problemlərin aradan qaldırılması və portal resurslarından səmərəli istifadə qaydaları mövzusunda vebinar təşkil edilib.
AzEdu.az xəbər verir ki, görüşdə ümumi təhsil müəssisələrində fəaliyyət göstərən metodistlər, aparıcı metodistlər və baş metodistlər iştirak edib.
Vebinarın əsas məqsədi metodistlərin “Müəllim İnkişaf Portalı”ndan daha effektiv istifadə bacarıqlarını artırmaq və müəllimlərin peşəkar inkişafını dəstəkləmək olub.
Vebinar zamanı portalın funksionallığı, statistik təhlil imkanları və resurslardan düzgün istifadə qaydaları metodistlərə ətraflı şəkildə təqdim olunub. Vebinarda, həmçinin portal vasitəsilə müəllimlərin peşəkar inkişafını izləmək və qiymətləndirmək üçün effektiv metodlar müzakirə edilib.
İştirakçılar portalda yaranan çətinlikləri və problemləri qeyd edərək həll yollarını araşdırıblar. Eyni zamanda, portal resurslarından düzgün və planlı istifadə etməyin əhəmiyyəti vurğulanıb, metodistlərin bu vasitələrdən səmərəli istifadə etməsi üçün praktiki tövsiyələr verilib.
Qeyd edək ki, bu kimi görüşlər davamlı olaraq keçirilir.