Azedu.az

LDU-nun “Enactus” komandasının infosessiyası keçirilib

Xəbərlər

1 Dekabr 2025, 12:10
LDU-nun “Enactus” komandasının infosessiyası keçirilib

Lənkəran Dövlət Universitetinin Böyük akt zalında “Enactus” komandasının növbəti İnfosessiyası keçirilib. İnfossesiya iştirakçıları ilk öncə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini 1 dəqiqəlik sükütla yad ediblər.

AzEdu.az xəbər verir ki, LDU-nun Baş Elmi Katibi, dos. Allahşükür Quliyev “Enactus”un missiyası, fəaliyyəti və sosial sahibkarlığın əhəmiyyəti barədə qısa açıqlama verib. Universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dos. Ramiz Şəmmədov informasiya xarakterli belə tədbirlərin tələbələrin maariflənməsində böyük rol oynadığını deyib, əhəmiyyətindən danışıb.

LDU-nun“Aqrar və mühəndislik” fakültəsinin sosial məsələlər üzrə dekan müavini, “Enactus” komandasının mentoru, dos. Vüsalə Muradova komandanın uğurları, perspektivləri, hədəfləri barədə açıqlama verib. Universitetin “Enactus” komandasının 2024–2025-ci il prezidentı və hazırda ekspert Rəsul Şükürov komandanın ugurları haqqında söz açıb.

İnfosessiyada “Enactus”un fəaliyyətinə dair videoçarxlar nümayiş olunub. 2025/2026-cı tədris ilində “Enactus” komandasının yeni seçilmiş prezidenti Riyad Əhədzadə komandanın gələcək planlarını açıqlayıb.

Sonda komandanın üzvlərinə və mentoruna universitetin “Təşəkkürnamə”ləri təqdim olunub.

Putin dünyanı özünə belə güldürdü - ŞOK SÖZLƏR
Son xəbərlərDaha çox