Azedu.az

Fransada yeniyetmənin yandırılmış meyiti tapılıb

Xəbərlər

30 Noyabr 2025, 16:12
Fransada yeniyetmənin yandırılmış meyiti tapılıb

Fransanın Marsel şəhərində 15 yaşlı şəxsin yandırılmış meyiti tapılıb.

AzEdu.az xəbər verir ki, bu barədə BFMTV telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, onun yanmış meyiti uşaqlar üçün oyun meydançasında aşkarlanıb, şəxsiyyəti müəyyən edilib. Bildirilir ki, mərhumun əvvəllər məhkumluğu olmayıb.

Hadisə ilə bağlı "mütəşəkkil qrup tərəfindən törədilən qətl" və "cinayətkar sövdələşmə" maddələri üzrə istintaq başlanılıb. Araşdırmaya yaxın mənbə telekanala bildirib ki, meyitin yanında giliz aşkar edilib.

Telekanalın həmsöhbətlərinin məlumatına görə, o, əvvəlcə öldürülüb, sonra isə meyiti yandırılıb. Marsel prokuroru Nikola Bessonun sözlərinə görə, cinayətin xarakteri qətlin narkotrafiklə bağlı ola biləcəyini istisna etmir.

SON DƏQİQƏ! Çörək bahalaşdı, pensiyalar bu qədər artır
Son xəbərlərDaha çox