https://www.zirve.edu.az/
03.01.2019 10:44
Tarixçi alimdən Rəsulzadəni satan adamla bağlı yeni XƏBƏRDARLIQ    
Çap et

“Mən bir neçə il bundan qabaq Əliabbas Səfərbəyov adlı bir Lahıc sakininin Məhəmməd Əmin Rəsulzadəni dövlət orqanlarına satdığını yazmışdım. Bundan sonra bəzi Lahıc "savadlıları" bəyin müdafiəsinə qalxdılar və haqqımda ağızlarına gələni yazdılar. Məsələni böyütməmək üçün susmaq qərarına gəldim. Görünür, bu, onları ürəkləndirdi”. 

AzEdu.az-ın məlumatına görə, bunu tarixçi alim Ədalət Tahirzadə bildirib. Onun sözlərinə görə, “Feysbuk” sosial şəbəkəsində sözügedən məsələylə bağlı yeni paylaşımlar onu yenidən danışmağa məcbur edib

“Artıq susmağın qorxaqlıq sayılacağını düşünərək cavab vermək qərarına gəldim. 
Səfərbəyə hər vasitə ilə haqq qazandırmağa çalışan R.R. adlı sosial şəbəkə istifadəçisi və qələmdaşları özləri də bilmədən bir satqının məsuliyyətini öz üzərlərinə götürürlər. Onlar iddia edir ki, mən bütün lahıclıları təhqir etmişəm, halbuki, indiyədək lahıclılar haqqında tük qədər ağır ifadə işlətməmişəm və işlətmərəm də. Çünki onlar da mənim sevimli xalqımın ayrılmaz və qürur duyulacaq ləyaqətli bir parçasıdırlar. 
Adam yazır: "bəzi insanlar bilməyərəkdən və ya kökü azərbaycanlı olmamaq səbəbindən, araşdırsan bəlkə də ana nənəsi erməni ola bilməyin nəticəsindən rəhmətlik Lahıc kəndinin sakini Əliabbas bəyi Məhəmməd Əmin Rəsulzadəni satmış biri kimi xalqa tanıdır". 

Mənim 7 arxa dönənim türkdür, bu haqda əlimdə yetərincə sənəd də var və həmin sənədləri kitabımda vermişəm. Ancaq bu yazı müəllifinin öz kökünü isbat etməsinə ehtiyac var. 
Adam həm də deyir: "Bolşevizmin tərəfdarı üçün Müsavatçı liderin yerini inqilabçılara söyləməsi hansı məntiqlə satqınlıq sayıla bilər?". Yazıq məntiq! 
Mən bu mövzunu bir daha qabartmaq istəmirdim və susmuşdum. Ancaq bu cür yalançı təəssübkeşlər təhqir və iftiralarını yenə davam etdirsələr mən Səfərbəyov haqqında bütün sənədli bilgiləri ortaya qoymağa məcbur olacağam. Xatırladıram ki, bu bilgilərin bir çoxu onun ailəsi ilə bağlıdır... Lütfən ağzımı açdırmayın və ayıbınıza kor olub yerinizdə sakit oturun!”.