Azedu.az

LDU-da maarifləndirici tədbir keçirilib

Xəbərlər

28 Noyabr 2025, 17:09
LDU-da maarifləndirici tədbir keçirilib

Lənkəran Dövlət Universitetində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar tədbir keçirilib.

AzEdu.az xəbər verir ki, tədbiri giriş sözü ilə Tarix-coğrafiya və incəsənət fakültəsinin dekanı dos. Afaq Qasımova açaraq Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) respublikamızda keçirilməsinın əhəmiyyəti haqqında məlumat verərək bildirib ki, bu, Azərbaycanın dünyada artan beynəlxalq nüfuzunun göstəricisidir və ölkəmiz üçün əhəmiyyəti böyükdür.

Tarix və onun tədrisi metodikası kafedrasının professoru, tarix elmləri doktoru Arif Məmmədov mövzu ətrafında geniş məruzə edib. Bildirib ki, Ümumdünya Şəhərsalma Forumunun (World Urban Forum – WUF) 13-cü sessiyası BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təşkil olunan və dayanıqlı urbanizasiya sahəsində dünyanın ən nüfuzlu beynəlxalq tədbirlərindəndir. Məruzəçi qeyd edib ki, ki, WUF13 ölkələr, şəhərlər, ekspertlər və beynəlxalq təşkilatlar üçün qlobal urbanizasiya problemlərini və həll yollarını müzakirə etmək üçün əsas platformadır. Prof. Arif Məmmədov bildirib ki, Ümumdünya Şəhərsalma Forumunun (WUF) Azərbaycanda keçirilməsinin əhəmiyyəti çoxşaxəlidir və ölkənin beynəlxalq mövqeyinə, regional əməkdaşlığa, şəhər inkişafına və iqtisadi imkanlarına ciddi töhfələr verir. Belə miqyaslı BMT tədbirinin Azərbaycana həvalə olunması ölkənin qlobal urbanizasiya proseslərində etibarlı tərəfdaş, beynəlxalq dialoq üçün təhlükəsiz və əlverişli məkan, regional lider kimi qəbul edilməsinə xidmət edir. Bu, Azərbaycanın diplomatik mövqelərini daha da möhkəmləndirir.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Abituriyentlərə yeni fənn sürprizi – Buraxılış imtahanında nə dəyişə bilər?
Son xəbərlərDaha çox