Azedu.az

“Qrafik dizayner” peşə ixtisasının tanınması üzrə sənəd qəbulu başlayıb

AzEdu Təhsil Platforması

28 Noyabr 2025, 13:12
“Qrafik dizayner” peşə ixtisasının tanınması üzrə sənəd qəbulu başlayıb

Təhsildə Keyfiyyət Təminatı Agentliyi “Qrafik dizayner” ixtisası üzrə formal təhsilə çıxış imkanı məhdud olan vətəndaşlar üçün təhsil sənədi əldə etmək imkanı yaradır.

AzEdu.az xəbər verir ki, sözügedən ixtisas üzrə təhsil sənədi olmadan fəaliyyət göstərən qrafik dizayn səriştələrinin tanınması məqsədilə keçirilən imtahanlarda iştirak edə bilərlər.

Ərizəçilər müraciət qaydaları, tələb olunan sənədlər və imtahan barədə ətraflı məlumat üçün yerləşdirilmiş keçiddən istifadə edə və imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçərək tələb olunan sənədləri [email protected] ünvanına göndərə bilərlər.

Rus ordusu dəhşətli itkilər verdi - Ukrayna bu yerləri azad etdi
Son xəbərlərDaha çox