Azedu.az

Yeni doğulan uşaqlara ən çox verilən ADLAR

Xəbərlər

27 Noyabr 2025, 14:17
Yeni doğulan uşaqlara ən çox verilən ADLAR

Bu il yeni doğulan uşaqlara ən çox qoyulan adlar açıqlanıb.

AzEdu.az xəbər verir ki, Ədliyyə Nazirliyinin statistik məlumatlarına əsasən xəbər verir ki, cari ildə yeni doğulan oğlan uşaqlarına ən çox Uğur, qız uşaqlarına isə Melisa adı qoyulub.

Uşaqlara ən çox qoyulan oğlan adları siyahısında ilk onluqda Uğur (1 569), Raul (1 166), Hüseyn (1 050), Əli (1 028), Yusif (986), Miran (746), Ömər (692), Ayxan (675), Tunar (625), Murad (607) adları yer alıb.

Qız uşaqlarına qoyulan adlar siyahısında ilk onluqda Melisa (1 073), Zeynəb (1 015), Məryəm (1 014), Nilay (993), Aylin (964), Ayla (944), Zəhra (942), İnci (846), Alisa (835), Fatimə (715) yer alıb.

Son beş ildə oğlanlara ən çox Uğur (8 721), qızlara isə Zəhra (7 629) adı qoyulub.

(Mənbə: Oxu.az)

Mehdiyevçilər HƏRƏKƏTƏ KEÇDİ- Bakıda şok planın qarşısı alındı
Son xəbərlərDaha çox