Gəncədə bıçaqlanma hadisəsi zamanı xəsarət alan yeniyetmənin vəziyyəti açıqlanıb.
AzEdu.az xəbər verir ki, bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Noyabrın 26-sı saat 19:20-da bir nəfər (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
2013-cü il təvəllüdlü pasiyentə budun açıq yarası diaqnozu təyin olunub və zəruri tibbi yardımlar göstərilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən yeniyetmə ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda qeyd olunub.