Azedu.az

Kosmosda ilk dəfə süni intellektdən istifadə ediləcək

AzEdu Təhsil Platforması

27 Noyabr 2025, 08:44
Kosmosda ilk dəfə süni intellektdən istifadə ediləcək

Rusiyanın "Sber" şirkətinin "GigaChat" neyron şəbəkəsinin Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndərilməsi kosmosda süni intellektin ilk istifadəsi olacaq.

AzEdu.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Sber"in Tədqiqat və İnnovasiya üzrə vitse-prezidenti Albert Yefimov məlumat verib.

Məlumata görə, "GigaChat" ilk dəfə BKS-də kosmonavtlar tərəfindən istifadə olunacaq. O hesabatlar hazırlayacaq və məlumat bazaları ilə işləyəcək. Bununla da süni intellekt ekipajın gündəlik işini asanlaşdıracaq.

Buraxılışın 27 noyabrda baş tutacağı planlaşdırılır.

Rus ordusu Zəngəzuru bağladı - Putin sensassion planı işə saldı
Son xəbərlərDaha çox