Azedu.az

Uşaqlar hansı halda evdə təhsil ala bilər? - RƏSMİ

Xəbərlər

26 Noyabr 2025, 15:58
Uşaqlar hansı halda evdə təhsil ala bilər? - RƏSMİ

Sağlamlıq imkanları məhdud uşaqların təhsil ehtiyaclarının düzgün müəyyən edilməsi onların təhsil və sosial inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə rayon (şəhər) psixoloji-tibbi-pedaqoji komissiyaları fəaliyyət göstərir.

Maraqlıdır ki, şagirdlər hansı halda evdə təhsili ala bilər?

AzEdu.az mövzu ilə bağlı Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanlayıb. 

Sorğumuza cavab olaraq bildirlib ki, rayon (şəhər) psixoloji-tibbi-pedaqoji komissiyalarının fəaliyyətinin əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqların xüsusi təhsil ehtiyaclarını müəyyənləşdirmək və bu əsasda onların xüsusi təhsilin müvafiq formasına cəlb olunması barədə qərar qəbul etməkdir:

"Bu zaman komissiyalar “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında Azərbaycan Respublikasının Qanunu”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 fevral 2024-cü il tarixli 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili üçün xüsusi təhsilin dövlət standartları” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2002-ci il tarixli 77 nömrəli Qərarı ilə təsdiq edilmiş “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları” kimi normativ hüquqi aktların  tələblərini əsas götürürlər.

Yalnız uşağın sağlamlığında olan məhdudiyyət xəstəliklər siyahısındakı diaqnoza uyğun gəldikdə bu qərar qəbul edilir. Digər hallarda uşaqlar xüsusi, inteqrasiyalı,  inklüziv  və ya ümumi  təhsil müəssisəslərində təhsilə cəlb edilirlər. Valideynlərə bildiririk ki, psixoloji-tibbi-pedaqoji komissiyanın qərarları uşaqların fərdi inkişafının dəstəklənməsinə, tədris prosesində fasiləsiz iştirakına və onların sosial inteqrasiyasının təmin olunmasına xidmət edir".

Əli Kərimli Mehdiyevə görə HƏRƏKƏTƏ KEÇDİ -Onu belə müdafiə etdi
Son xəbərlərDaha çox