Azedu.az

Ekspert: Dərsliklərin milliləşməsi istiqamətində addımlar atmaq vacibdir

Xəbərlər

25 Noyabr 2025, 16:19
Ekspert: Dərsliklərin milliləşməsi istiqamətində addımlar atmaq vacibdir

Elm və Təhsil Nazirliyindən bildirlib ki, " Azərbaycan dilinin saflığının qorunması da daxil olmaqla, növbəti dövrdə təkmilləşdiriləcək kurikulumlar və onlar əsasında hazırlanacaq dərsliklərdə şagirdlərin yaş səviyyəsinə uyğun mətnlərlə dilin zənginliyini, ifadə imkanlarını və milli-mədəni xüsusiyyətlərinin daha da genişləndirilməsi nəzərdə tutulub".  

Maraqlıdır, kurikulum və dərsliklərin təkmilləşdirilməsi şagirdlərin milli-mədəni biliklərini necə gücləndirəcək

AzEdu.az-a mövzu ilə bağı təhsil eksperti Məzahir Məmmədli açıqlama verib

Müsahibimiz qeyd edib ki, yeni dərsliklərdə milli-mədəni xüsusiyyətlər öz əksini tapacaq:

"Son vaxtlar Azərbaycan dilinin saflığının qorunması ilə bağlı məsələlər həm mediada, həm də sosial mediada gündəmə gətirilir və müzakirələrə səbəb olur. Artıq haqlı olaraq Elm və Təhsil Nazirliyi bu məsələlərlə bağlı, dərsliklərdəki boşluqlara diqqət çəkərək, fikirlər səsləndirməyə başlayıb.

Həmçinin, Azərbaycan Respublikasının Təhsil İnstitutuna tapşırıq da verilib ki, Azərbaycan dili dərsliklərin, xüsusilə də ibtidai siniflər və 4–6-cı siniflər üçün nəzərdə tutulmuş dərs vəsaitləri təkmilləşdirilsin. Bu, yaxın illər üçün ümumi dərsliklərin yenilənməsi zərurətini göstərir və milli-mədəni xüsusiyyətlərin dərsliklərdə öz əksini tapmasını təmin edəcək.

İndiyə qədər bu, kurikulum çərçivəsində həyata keçirilirdi, amma artıq milli kurikulumun tətbiqi ilə bağlı danışırıqsa, dərsliklərin milliləşməsi istiqamətində müəyyən addımlar atmaq vacibdir. Fikrimcə, yeni dərs müəllifləri artıq bu məsələləri nəzərə alacaqlar".

Ermənini qucaqlayan SÖYÜLÜR, FAHİŞƏLİYƏ qadağa- Ölkədə nə baş verir?
Son xəbərlərDaha çox