Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir.
Bu barədə AzEdu.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
Bildirilib ki, oktyabr ayının 14-dən etibarən 2025-2026-cı tədris ilinin I yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv edilib. Yerdəyişmə məktəbəhazırlıq qruplarını və I–XI sinifləri əhatə edir.
Qeyd olunub ki, bu günə qədər 47000-dən çox müraciət portala daxil edilib, onlardan 37000-ə yaxın şagirdin yerdəyişməsi uğurla tamamlanıb.
Bildirək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi sy.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.