https://www.zirve.edu.az/
29.03.2018 11:58
Dünyanın ən güclü təhsil sisteminə malik ölkələri - SİYAHI

AzEDU dünyanın ən yaxşı təhsil sisteminə malik ölkələri təqdim edir:

Cənubi Koreya

Yaponiya və Cənubi Koreya birincilik uğrunda  daim rəqabət aparır. Koreyalılar yaponları üç sahədə geridə qoyub. Məktəbəqədər təhsilə böyük sərmayə qoymasına baxmayaraq, yenə də bəzi qiymətləndirmələrdə ikinci yerdədir. Cənubi Koreyada uşaqlar, adətən, həftədə yeddi gün məktəbə gedirlər. Keçən il təhsilə ayrılan büdcə 11,3 milyard dollar olub. Bilik  səviyyəsi  ümumilkdə 97.9 , kişilərdə 99.2, qadınlarda isə 96.6 faizdir.

Yaponiya

İkinci yeri Yaponiya tutur. Texnologiyaya əsaslanan təhsil quruluşu, bilik və qavrama məsələsində çox kömək edir.

Sinqapur

Uğurlu orta məktəb sistemi Sinqapurun təhsil sistemində üçüncü yeri tutmasında əsas rol oynayır.

Honq Konq

Burada təhsil sistemi İngiltərədəkinə çox oxşayır. Keçən il adambaşına ayrılan təhsil büdcəsi 39,420 dollar olub. İbtidai, orta məktəb, lisey və ali təhsil sahələrində  görülən işlər yaxşı səviyyədədir. 94.6 faizlik bilik səviyyəsi də bunu sübut edir.

Finlandiya

Bu ölkə asiyalı rəqibləri ilə mübarizədə birinciliyi itirir. Bəzi insanlar hələ də Finlandiyanın dünyanın bir nömrəli və ən yaxşı təhsil sisteminə sahib olduğunu düşünürlər. Vaxtından əvvəl doğulmuş uşaqların qəbulu ölkənin təhsil sistemdə böyük  geriləməyə səbəb olub. Heç bir təhsil haqqının alınmadığı ölkədə illik büdcə  11.1 milyard avrodur.

Birləşmiş Krallıq

Birləşmiş Krallıqda təhsil mandatının ləğv edilməsi ilə regiondakı hökumətlər bununla bağlı məsələləri artıq özləri həll edirlər. Şotlandiya, Uels, Şimali İrlandiya və İngiltərə hökumətlərinin ayrı təhsil sistemləri var. "Pearson" jurnalı Avropa sıralamasında Birləşmiş Krallığı ikinci, dünyada isə altıncı yerə layiq görüb.  Müqayisə etdikdə isə Şotlandiya sistemi, İngiltərəni üstələyir.

Kanada

Burada həm qadınlar, həm də kişilər üçün savad dərəcəsi 99 faizdir. Kanadanın çox bölgəsində təhsil 16 yaşa, bəzilərində isə  18 yaşına qədər icbaridir.  İl ərzində təhsil müddəti 180-190 gün arasında dəyişir.

Hollandiya

Lisey təhsilinə yatırılan aşağı investisiyalar, zəif planlaşdırma və idarəetmə, Hollandiyanı səkkizinci yerdə saxlayır.

İrlandiya

Həm qadınlar, həm də kişilər üçün bilik göstəricisi   99 faizdir. Ölkədə təhsil, ibtidai sinifdən universitet səviyyəsinə qədər, pulsuzdur. Sadəcə, Avropa ölkələrindən gələn tələbələrdən təhsil haqqı alınır.

Polşa

Polşa Təhsil Nazirliyi ölkədəki təhsil sektoruna nəzarət edir. Həm "Pearson", həm də "Economist" jurnalı, ibtidai, orta məktəb və lisey təhsilinə əsasən ölkəni Avropanın ən yaxşı dördüncü, dünyanın isə onuncu ölkəsi seçib.

Əsmər Qabil