Azedu.az

Gəncədə dəm qazından zəhərlənən tələbələrin son vəziyyəti- YENİLƏNİB

Xəbərlər

28 Oktyabr 2025, 12:27
Gəncədə dəm qazından zəhərlənən tələbələrin son vəziyyəti- YENİLƏNİB

Ötən gün Gəncə şəhərində dəm qazından zəhərlənən tələbələrin son vəziyyəti açıqlanıb.

AzEdu.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, oktyabrın 27-si saat 19:20-də iki nəfər (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Dəm qazının toksik təsiri diaqnozu təyin edilən pasiyentlərə ilkin tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, ötən gün dəm qazından zəhərlənən tələbələr 2007-ci il təvəllüdlü S.Rüstəmli və 1994-cü il təvəllüdlü L.Həsənova zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıblar.

 

***

Gəncədə bədbəxt hadisə baş verib.

AzEdu.az Oxu.Az-a istinadən xəbər verir ki, 2007-ci il təvəllüdlü S.Rüstəmli və 1994-cü il təvəllüdlü L.Həsənova zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıblar.

Zəhərlənən şəxslərin tələbə olduqları bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Prezidentin çıxışı Ermənistanı silkələdi: Sevan yoxdur, Göyçə var!
Son xəbərlərDaha çox