Azedu.az

18 minə yaxın müəllimin maaşlarına əlavələr OLACAQ

AzEdu Təhsil Platforması

23 Oktyabr 2025, 17:39
18 minə yaxın müəllimin maaşlarına əlavələr OLACAQ

 2025-ci il üçün təhsilverənlərin sertifikatlaşdırılması prosesi və müsahibə mərhələsi başa çatıb. 

AzEdu.az-a bu barədə MÜTDA-dan məlumat verilib. Sertifikasiya imtahanında iştirak edən müəllimlərdən 6628 nəfər 51 və yuxarı bal toplayıb.

Qeyd olunan nəticəni göstərən müəllimlərin maaşlarına 35 faiz artım əlavə olunacaq.
Bundan əlavə, 11 min 316 nəfər iştirakçı 30–50 bal aralığında nəticə göstərib, həmin müəllimlərin maaşlarına isə 10 faiz artım əlavə olunacaq.
Test və müsahibə mərhələsində uğur qazanmayan və ya iştirak etməyən 3129 müəllim üçün təlimlər təşkil ediləcək.

Rus ordusu Zəngəzuru bağladı - Putin sensassion planı işə saldı
Son xəbərlərDaha çox