Azedu.az

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

AzEdu Təhsil Platforması

19 Oktyabr 2025, 09:16
Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

Alimlərin əvvəlcədən proqnozlaşdırdığı maqnit qasırğası Yer kürəsində artıq başlayıb.

AzEdu.az xəbər verir ki, məlumatı Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası yayıb.

Bu, oktyabr ayında qeydə alınan üçüncü belə hadisədir.

İnstitutun məlumatına görə, oktyabrda artıq iki maqnit qasırğası müşahidə olunub. Onlardan biri 1–3 oktyabr, digəri isə 12 oktyabr tarixlərində baş verib.

Bildirilib ki, Yer maqnit sahəsindəki narahatlıq dərəcəsi beşballıq şkala üzrə G1 səviyyəsinə çatıb.

Bu şkalada G5 “ekstremal güclü”, G1 isə “zəif” qasırğa hesab olunur.

 

Rus ordusu Zəngəzuru bağladı - Putin sensassion planı işə saldı
Son xəbərlərDaha çox