![](https://azedu.az/uploads/news/2018/03/1522309537330247_1000x669.jpg)
Amerika-Azərbaycan Tibb Assosiasiyası Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında seminar keçirib.
Universitetdən AzEDU-ya bildiriblər ki, tədbirdə assosiasiyanin üzvü Anar Qocayev Amerikada əcnəbilərin necə təhsil alması və USMLE imtahanın qaydaları barədə iştirakçılara ətraflı məlumat verib.
ATU-nun tələbələrinin iştirak etdiyi seminar mövzu ətrafında fikir mübadilələri ilə davam edib.
Seminar haqqında Assosiasiyanın Bakı koordinatoru Elmira Cumazadə məlumat verib: “Tədbirin məqsədi Amerikada rezidentura təhsilini davam etdirmək istəyən universitet tələbələrini USMLE imtahanlarının verilməsi qaydaları ilə ətraflı məlumatlandırmaqdır. Bundan əlavə Amerikada təhsil aldıqları müddət ərzində elmi-tədqiqat işlərinin aparılması, klinik təcrübə keçmənin yolları ilə bağlı tələbələrdə geniş təsəvvür yaratmaq niyyətindəyik. Bu, ilk görüş deyil. Əvvəlki tədbirlərimiz barəsində tələbələr lazimi məlumatları əldə ediblər.”
Bundan əlavə, koordinator tələbələrə məlumat dəstəyinin verilməsi ilə yanaşı, assosiasiya tərəfindən ABŞ-da yüksək balla qəbul olan tələbələrdən birinə təqaüd veriləcəyinin planlaşdırıldığını da qeyd edib.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)