Azedu.az

Sertifikasiyadan keçirmə vədi ilə müəllimlərdən minlərlə pul mənimsədi

AzEdu Təhsil Platforması

Sertifikasiya

23 Sentyabr 2025, 21:37
Sertifikasiyadan keçirmə vədi ilə müəllimlərdən minlərlə pul mənimsədi

Yardımlıda 70-ə yaxın müəllimi sertifikatlaşdırma imtahanından keçirəcəyinə inandıraraq pullarını mənimsəyən 31 yaşlı Jalə Əlövsət qızı Atayeva barəsində məhkəmə hökm çıxarıb. 

AzEdu.az xəbər verir ki, o, hər bir müəllimdən 3-4 min manat alaraq dələduzluq edib.

Cinayət işi üzrə araşdırma zamanı Atayevanın bu əməli “Uber” şirkətində taksi fəaliyyəti ilə məşğul olan şəxslərin vasitəsilə həyata keçirdiyi müəyyənləşib. Zərərçəkmişlər isə Yardımlının bir neçə kənd məktəbinin müəllimləri olub.

O, 2025-ci ilin aprelindən sentyabrına qədər həbsdə saxlanılıb. Məhkəmənin qərarı ilə Atayevaya 7 ay 24 gün azadlığın məhdudlaşdırılması təyin edilib və qadın məhkəmə zalından azad olunub. Bu müddət ərzində o, elektron qolbaqla nəzarətdə qalacaq.

Rusiyada soydaşlarımıza SİLAHLI BASQIN: Qandonduran GÖRÜNTÜLƏR
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox