https://www.zirve.edu.az/
29.03.2018 06:49
Bu ölkədə şagirdlərə dərsi robot keçir

Finlandiyada orta məktəblərin birində keçirilən “pilot tətbiqi” layihəsi çərçivəsində kiçik robotlar riyaziyyat və xarici dil dərslərində şagird və müəllimlərə kömək edirlər.

AzEDU xarici KİV-ə istinadən xəbər verir ki, layihə Finlandiyanın cənub əyalətlərindən biri olan Tampere şəhərindəki məktəbdə həyata keçirilib. Burada xarici dil dərsində istifadə olunan “Elias” adlı robotlar iyirmi üç dildə danışacaq və şagirdlərin suallarına cavab verə biləcək proqrama sahibdir. Amma layihə müddətində Elias yalnız fin, ingilis və almanca ünsiyyət quracaq.

Şagirdlərin istedad və bilik səviyyəsini ölçə bilən robot onlara dərslə bağlı suallar da verir. O, həm də müəllimlərə şagirdlərin hansı mövzularda çətinlik çəkməsi ilə bağlı məlumat verir. Yeni texnologiya ilə işləmək imkanı qazanan müəllimlər isə robotun uşaqları dərsə cəlb etmək baxımından uğurlu vasitə olduğunu bildirirlər.Təxmini 30 sm uzunluğunda olan Elias həm də fərqli hərəkətlərlə rəqs edərək şagirdlərin diqqətini özünə çəkir. Onun bənzəri olan “OVObot” adlı başqa bir model isə riyaziyyat dərslərində şagird və müəllimlərə kömək edir.

Qeyd edək ki, pilot layihənin məqsədi robotların tədrisin keyfiyyətinə necə təsir etdiyini araşdırmaqdır. Robotlar xarici dil və riyaziyyat dərslərində bacarıqlarına söz olmasa və uşaqların kifayət qədər marağına səbəb olsa da, onun şagirdlərlə dolu sinifdə nizam-intizama nəzərət edə biləcəyindən söhbət gedə bilməz. Bu səbəbdən mütəxəssislər müəllimlərin peşələrini itirmək qorxusunun olmadığını bildiriblər.

Lamiyə Süleymanlı

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları