![](https://azedu.az/uploads/news/2018/03/amea.jpg)
AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) direktor müavini Məmməd Bağırzadə Rusiya Elmlər Akademiyasının (REA) Sankt-Peterburq filialının sədr müavini, texnika elmləri doktoru Oleq Beliylə görüşüb.
M.Bağırzadə görüş zamanı Rusiyanın Kemerovo şəhərinin ticarət mərkəzində çoxsaylı insan tələfatına səbəb olan yanğından kədər hissi duyğunu bildirib, YT Parkın rəhbərliyi adından həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzu edib. O, sonra AMEA-nın tarixi, elmi müəssisə və təşkilatları, həmçinin YT Parkda görülən işlər barədə məlumat verib.
Daha sonra O.Beliy çıxış edərək REA-nın tarixi, eləcə də AMEA ilə uzun illərə dayanan əməkdaşlıqdan danışıb. Alim REA-nın Sankt-Peterburq filialı ilə AMEA-nın elmi müəssisələri arasında təcrübə mübadiləsinin aparılması, birgə layihə və inkişaf proqramlarının həyata keçirilməsi, o cümlədən seminar və konfransların təşkilinin önəmli olduğunu deyib.
Sonda tərəflər arasında elmi əlaqələrin genişləndirilməsinin zəruriliyi vurğulanıb.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)