Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-21 13:08:32
Həyatınızda mühüm dəyişikliklər yaradacaq qızıl qayda - Şirkətlərə milyonlar qazandıran metod - Video

Az vaxta çox iş görmək. Bu, bəlkə də hər kəsin arzusudur.Pareto qaydası sizə elə bunu vəd edir. Pareto qaydası və ya digər adı ilə 80/20 prinsipinə görə minimum sərf olunmuş əmək nəticənin böyük hissəsini təmin edir.

AzEdu.az xəbər verir ki, bu prinsip iqtisadçı, sosioloq Vilfredo Paretonun şərəfinə adlandırılıb. O, 20-ci əsrin əvvəllərində İtaliyada gəlirlərin bölüşdürülməsi ilə bağlı apardığı araşdırmanın nəticəsində bu qənaətə gəlib. Pareto müəyyən edib ki, İtaliyada sərvətin 80 faizi 20 faiz əhalinin əlindədir. Bu faktdan sonra iqtisadçı araşdırmalarını davam etdirib və müxtəlif sferalarda da rəqəmlərin eyni qaldığını müəyyənləşdirib.