Azedu.az

“Elektrik sistemlərinin avtomatikası” dərsliyi çapdan çıxıb

Ali təhsil

Müəllimlər və elm adamları

28 Mart 2018, 18:46
“Elektrik sistemlərinin avtomatikası” dərsliyi çapdan çıxıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) professoru Nurəli Yusifbəyli və dosent Hüseynqulu Quliyevin “Elektrik sistemlərinin avtomatikası” dərsliyi çapdan çıxıb.

ADNSU-dan AzEDU-ya bildiriblər ki, dərslikdə enerji sistemində tətbiq olunan avtomatik idarəetmə və tənzimləmə qurğuları haqqında məlumat verilir. Kitabda sinxron maşınların təsirlənməsinin avtomatik tənzimlənməsi, onların paralel işə qoşulma üsul və avtomatikaları, avtomatik təkrarqoşma, ehtiyatın avtomatik qoşulması və digər məsələlərə nəzər salınıb.
Nəşrdə “Avtomatik idarəetmə nəzəriyyəsinin əsas anlayış və tərifləri”, “Energetikada riyazi modelləşdirmə” və digər mövzularda materiallar yer alıb.

Dərslik tələbə, tədqiqatçı və mütəxəssislər üçün nəzərdə tutulub.

300 min azərbaycanlı Ermənistana qayıdacaq - KRİTİK ANONS
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox