Azedu.az

Komandamız Avropa Universitetləri Futzal Çempionatının yarımfinal mərhələsinə yüksəlib

AzEdu Təhsil Platforması

24 İyul 2025, 09:39
Komandamız Avropa Universitetləri Futzal Çempionatının yarımfinal mərhələsinə yüksəlib

17– 25 iyul tarixlərində Xorvatiyanın Zaqreb şəhərində tələbələr arasında Avropa Universitetləri Futzal Çempionatı keçirilir. 
 
AzEdu.az xəbər verir ki, sözügedən oyunlarda ölkəmizi Azərbaycan Tələbə Liqasının  2024/2025 mövsümünün qalibi Azərbaycan İdman Akademiyasının komandası təmsil edir.  

Ölkəmizi təmsil edən komanda iyulun 16-da Xorvatiyaya yola düşüb. 

Komandamız 1/4 final mərhələsində Fransa komandasını 5:4 hesabı ilə məğlub edərək yarımfinal mərhələsinə yüksəlib. 

Qeyd edək ki, komandanın Avropa çempionatda iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol  Federasiyaları Assosiasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının, Azərbaycan İdman Akademiyasının dəstəyilə həyata keçirilir.

 

164849

İran Ermənistanı hücumla HƏDƏLƏDİ - Nəticəsi sizin üçün ağır olacaq!
Son xəbərlərDaha çox