Azedu.az

Sumqayıtda dənizdə yeniyetmə qıcolmadan ölüb

AzEdu Təhsil Platforması

21 İyul 2025, 21:01
Sumqayıtda dənizdə yeniyetmə qıcolmadan ölüb

Sumqayıtda faciəli hadisə baş verib.

AzEdu.az xəbər verir ki, 2011-ci il təvəllüdlü Azər Məcidov dənizdə çimərkən qəfil qıcolma (epileptik tutma) keçirib.

Hadisə şahidlərinin bildirdiyinə görə, azyaşlı suya girdikdən dərhal sonra epileptik tutmaya məruz qalıb və huşunu itirib. Yaxınları dərhal ona yardım göstərərək xəstəxanaya çatdırıblar.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

İran Ermənistanı hücumla HƏDƏLƏDİ - Nəticəsi sizin üçün ağır olacaq!
Son xəbərlərDaha çox