Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-28 08:47:55
Bakıda rezidentlər üçün faydalı biznes-forum keçiriləcək

Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) 10 aprel 2018-ci il tarixində saat 10:00-da Bakıda, Hyatt Konfrans Mərkəzində “Tibbi Turizm” üzrə Alman-Azərbaycan Biznes Forumunu təşkil edir.

AzEDU.az xəbər verir ki,  Biznes Forum Berlin şəhərinin kardiologiya, neyrocərrahiyyə və onkologiya üzrə ixtisaslaşan klinikaların nümayəndə heyətinin Azərbaycana səfəri ilə əlaqədar olaraq “Berlin Biznes və Texnologiya Tərəfdaşı” GmbH ilə əməkdaşlıq çərçivəsində təşkil edilir.

Tədbirin əsas məqsədi yeni işgüzar əməkdaşlıq üçün mövcud imkanları müəyyən etmək, Alman klinikaları və tibb müəssisələrinin fəaliyyətlərini, eləcə də səhiyyədə rəqəmsal texnologiyaların tətbiqi və tibbi turizm üzrə layihə və təkliflərini Azərbaycanlı tərəfdaşlara təqdim etməkdir.

Forum yeni biznes əlaqələri yaratmaq, yeni layihələr haqqında məlumat əldə etmək və səhiyyə sahəsində Alman-Azərbaycan əməkdaşlığını genişləndirmək imkanı təklif edir. Bu məqsədlə, forumun sonunda tibb sektorunda fəaliyyət göstərən tibb, turizm və İKT şirkətləri arasında ikitərəfli görüşlər keçiriləcək.