Azedu.az

8 yaşlı uşağı maşın vurub-YENİLƏNİB

AzEdu Təhsil Platforması

11 İyun 2025, 17:31
8 yaşlı uşağı maşın vurub-YENİLƏNİB

Lənkəran şəhərində baş vermiş piyada vurma hadisəsi nəticəsində bir azyaşlı qız bədənin müxtəlif dərəcəli travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

AzEdu.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Məlumata görə, yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib. Müalicəsi Təcili yardım şöbəsində davam etdirilir. Vəziyyəti qənaətbəxş qiymətləndirilir.

 

15:53

 

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

AzEdu.az xəbər verir ki, hadisə günorta saatlarında Lənkəran şəhərinin Müzəffər Nəsirli küçəsində baş verib. Hərəkətdə olan nəqliyyat vasitəsi rayon sakini 2017-ci il təvəllüdlü R.Ş-ni vurub. Azyaşlı dərhal Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

İran Ermənistanı hücumla HƏDƏLƏDİ - Nəticəsi sizin üçün ağır olacaq!
Son xəbərlərDaha çox