Azedu.az

ABŞ tələbə vizasının verilməsini dayandırır

AzEdu Təhsil Platforması

28 May 2025, 08:44
ABŞ tələbə vizasının verilməsini dayandırır

ABŞ Prezidenti Donald Trampın administrasiyası yeni tələbə vizası müsahibələrini dayandırıb.

AzEdu.az "Politico"ya istinadən xəbər verir ki, bu, müraciət edənlərin sosial şəbəkə hesablarının məcburi yoxlanışı tələbi ilə bağlıdır.

Məlumata görə, Tramp administrasiyası ABŞ-də təhsil almaq üçün müraciət edən bütün beynəlxalq tələbələrdən sosial media yoxlanışından keçməyi tələb etməyi planlaşdırır.

Bildirilir ki, belə bir prosedurun tətbiqi tələbə vizalarının verilməsi prosesini ciddi şəkildə ləngidə bilər.

İran Ermənistanı hücumla HƏDƏLƏDİ - Nəticəsi sizin üçün ağır olacaq!
Son xəbərlərDaha çox