Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-08 09:36:00
Afrika məktəblərində İLK:Günəş enerjisi ilə çalışan çamadan sinif otaqlarına işıq gətirir

Portativ, günəş enerjisi ilə çalışan 12 voltluq çamadanlar elektrik kəsintilərin tez-tez baş verdiyi məktəblərdə şagirdlərə yardım edir.

Veronika Anqayo, Ekambuli İbtidai Məktəbi: “Sən dərslərə davam edə bilərsən və bu öyrənmə vaxtını artırır.”

AzEdu.az xəbər verir ki, bu cihazın müsbət təsirləri artıq göz qabağındadır. 8 yaşlı şagird Veronika Anqayo deyir ki, onun qiymətləri yaxşılaşıb. Kaliforniyada yerləşən xeyriyyə təşkilatı tərəfindən təqdim edilən günəş enerjisi ilə çalışan bu çamadanlar Kenyanın və Aşağı Sahara Afrikası ölkələrinin ucqar kəndlərinin məktəblərində yerləşdirilib.

Onlar daha öncə məktəblərdə kerosinli lampalardan istifadə edirdilər. 8 yaşlı Lamek Ambale deyir ki, bu heç də yaxşı deyildi.

Lamek Ambale, Ekambuli İbtidai Məktəbi: “Bu mənə çoxlu sağlamlıq problemləri yaradırdı, xüsusilə də sinəmə və gözlərimə. Amma indikinin sağlamlığa heç bir mənfi təsiri yoxdur.”

Bura əvvəllər şərqi Afrika ölkəsində ən aşağı göstəriciləri olan məktəblərdən biri idi. İndi isə, baş müəllim Billi Asvaninin sözlərinə görə, günəş enerjisi ilə çalışan çamadanlar şağirdlərin göstəricilərində irəliləyişə təkan verib.

Billi Asvani, Baş müəllim, Ekambuli İbtidai Məktəbi: “Bizdə əvvəllər təhsilini orta məktəbdə davam edən şagirdlərin sayı az idi. İndi isə demək olar ki, hər kəs orta məktəbə gedir, çünki daha çox oxumağa vaxtımız var və işıqsızlıq artıq problem deyil.”

Kaliforniyada yerləşən xeyriyyə təşkilatı bu çamadanları Change Mtaaniadlı yerli qeyri-hökumət təşkilatının köməyilə məktəblərə təqdim edir.

Brayan İnqaqa, Change Mtaani təsisçisi: “Bu proqram qeyri-adidir. Çünki günəş enerjisi ilə çalışan çamadanlar elm və mühəndislik şagirdləri tərəfindən hazırlanıb. Onlar isə daha sonra bu çamadanları Kenyada elektrik enerjisi ilə problemləri olan qaçqın düşərgələrinə və ucqar kəndlərinə təqdim ediblər.”

Mavi çamadanlar günəş panelləri, batareya, altı LED ışığı, mobil cihazları enerji ilə yükləmək üçün istifadə edilən USB port və USB ilə yenidən yüklənə bilər lampa ilə gəlir.